Bakıda svetoforun qadağanedici siqnalına məhəl qoymayan sürücülər cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif əsədov məlumat verib. Bildirib ki, sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsibə uyğun olaraq 60 manat və 3 bal cərimə tətbiq olunub.
Xatırladaq ki, paytaxtın Lütfi Zadə küçəsində svetoforun qırmızı işığının yanmasına baxmayaraq 40-BL-295 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcında daxil olaraq hərəkət etməyə çalışıb. Onun ardınca gələn 99-PG-109 qeydiyyat nişanlı "Saipa" markalı avtomobilin və mopedin sürücüsü isə qoşa xəttin tələbini pozaraq əks yola keçib və svetoforun qırmızı işığında hərəkət edərək təhlükəli manevrlər edib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man