DYP Bakıda tıxacların aradan qaldırılması üçün tədbirlərə başlayıb - FOTO - VİDEO

İctimai nəqliyyat 20 Oktyabr 2021 | 13:00
OXUNUB: 3155

“Bakı Şəhər Dövlət Yol Polisi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib”.

Bunu Avtosfer.az-a açıqlamasında İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb: “Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin, yolların hərəkət istiqamətlərini zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən gücləndirilmiş tədbirlərə keçib və bu proses davam edəcək”.

“Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”, - o vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man