Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avtosfer.az saytı ilə birlikdə paytaxt ərazisində dayanma-durma qaydalarının pozulmasıyla bağlı maarifləndirici aksiya keçirib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, əsas məqsəd sürücülər ilə söhbətlər aparmaq, onların parklanma ilə bağlı fikirlərini dinləmək və maarifləndirmə işi aparmaqdır.
Sürücülərlə söhbət zamanı bildirdilər ki, parkinq yerlərinin azlığı problem yaradır. Xüsusilə ərzad daşıyan maşınlar sıxlığa səbəb olur. Çünki marketlərin qarşısında parklanma yerləri yoxdur. Sürücülər də hərəkət zolağında saxlayaraq həm qaydaları pozur, həm də digər hərəkət iştirakçılarına maneə yaradırlar.
Tədbir zamanı avtomobili ikinci cərgədə saxlayan sürücülərdən bunun səbəbini soruşduq. Bəziləri “1 dəqiqəlik işim var” desə də, digər sürücülər ərazidə yaşadıqlarını, işlədiklərini əsas gətirərək parkinq üçün avtomobillərin çıxması növbəsi gözlədiklərini qeyd etdilər. Əsas təklif isə parkinq yerlərinin yaradılması oldu.
Ətraflı videosüjetdə:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man