Bu il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb

İctimai nəqliyyat 18 Oktyabr 2021 | 10:12
OXUNUB: 435

Azərbaycanda cari ilin 9 ayı ərzində qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a bildirilib ki, yol-nəqliyyat hadisələrinin 1 130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş verib.

"Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.

Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir", - BDYPİ-nin məlumatında qeyd edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man