Maşınların texniki sazlığı ilə bağlı sürücülərə MÜRACİƏT

İctimai nəqliyyat 08 Oktyabr 2021 | 15:07
OXUNUB: 2710

Bakıda nasaz vəziyyətdə olan “Volkswagen” markalı avtomobil yolda tıxaca səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, ərazidə xidmətdə olan yol patrul xidməti əməkdaşları kömək edərək həmin avtomobili yolun təhlükəsiz hissəsinə çıxarıblar.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitələrinin sahibləri onların texniki sazlığına daim diqqət göstərməlidirlər:

 

Araz Əsgərli

“Fotodan da göründüyü kimi, idarə olunan nəqliyyat vasitəsi kifayət qədər müasirdir. Amma bu o demək deyil ki, avtomobil yenidirsə, ona qulluq olunmamalıdır. Hər bir maşının sahibi "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə əsasən, nəqliyyat vasitələrinin sazlığına mütəmadi olaraq diqqət yetirməlidirlər. Çünki bunlar yollarda sıxlığa səbəb olan hallardan biridir. Fotodan da görünür ki, əməkdaşlarımız nasaz olan avtomobilə köməklik göstərirlər. Əməkdaşlarımız, ümumiyyətlə, bu cür hallarla tez-tez rastlaşır və həmin avtomobil sahiblərinə kömək etməyi özlərinə borc bilirlər.

Bu baxımdan bir daha sürücülərdən xahiş edirik ki, belə hallarla rastlaşmamaq üçün nəqliyyat vasitələrinin texniki sazlığına diqqəti artırsınlar”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man