Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsilverənləri təbrik edib.
DYP-dən Avtosfer.az-a daxil olan təbrikdə deyilir:
“Bu gün Müəllimlər gündür. Müəllimlər bizim sahədə bizə ən yaxından dəstək olan insanlardılar. Çünki uşaqların yol hərəkəti təhlükəsizliyi qaydalarının öyrənməsi və uşaq travmatizmlərin qarşısının alınmasında rolu əvəzsizdir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi adından pedeqoji fəaliyyətlə məşğul olan müəllimləri təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayırıq.
Müəllimlərlə əməkdaşlıq yol polisi üçün ən öndə olan məsələlərdən biridir. Çünki formalaşan yeni nəslin yol hərəkətində təhlükəsizliyə dair biliklər əldə etməsi cəmiyyət üçün olduqca vacibdir.
Beynəlxalq Müəllimlər Gününüz mübarək!"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man