Polkovnik sürücülük vəsiqələri ilə bağlı məsələyəaydınlıq gətirdi

İctimai nəqliyyat 05 Oktyabr 2021 | 18:01
OXUNUB: 18748

Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli oxu.az saytına müsahibəsində sürücülük vəsiqəsinin verilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirib. O, bildirib ki, Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi digər ölkələrlə müqayisədə daha asandır. Başqa ölkələrə nəzər saldıqda orda bu prosedurların daha sərt olduğu üzə çıxır, məsələn, imtahan sualları 10 yox, 100 ola bilər. 
Lakin sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində polis mayorunun bu fikirləri fərqli formada təhrif olunur və sürücülük vəsiqələrinin alınması prosedurundan daha çox digər neqativ hallar qabardılır. 
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, qeyd olunan açıqlama əməkdaşın şəxsi və subyektiv fikridir. Ona görə də belə qeyri rəsmi açıqlamanı ciddiyə alıb narahat olmağa dəyməz. Hazırda ölkəmizdə sürücülük vəsiqəsinin verilməsi prosesi beynəlxalq standartlara tam uyğundur. Həmin sənədə sahib olmaq istəyən vətəndaşın kompüter vasitəsilə verilən 10 suala cavabı və xüsusi proqram əsasında keçirilən təcrübi imtahan nəticəsi, onun bu sahədəki biliyinin səviyyəsinin müəyyən edilməsi üçün kifayət edir.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man