Yol polisini rüşvət almaqda ittiham edən sürücü barəsində RƏSMİ AÇIQLAMA - FOTO

İctimai nəqliyyat 02 Oktyabr 2021 | 15:52
OXUNUB: 23429

Dünən sürücü Şahmar Mustafayev Binəqədi rayonu ərazisində idarə etdiyi 90 VJ 810 dövlət nömrə nişanlı,  "VAZ 2107" markalı avtomobildə konstruksiya dəyişiklikləri və əlavə avadanlıq quraşdırıldığı üçün dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Yerində tibbi müayinədən keçirilərkən sərxoş olması təsdiqlənib. Sürücü özü də protokolda sərxoş olduğunu və bir bakal pivə içdiyini etiraf edib.
Dövlət yol polisi əməkdaşları sürücü barəsində inzibati qaydada protokol tərtib edib və avtomobil duracağa yerləşdirilib. Sürücü isə 400 manat məbləğində cərimə edilib. 
Lakin sonradan sürücü Şahmar Mustafayev mətbuata şikayət xarakterli məlumatlar verərək yol polisini ondan rüşvət istəməkdə ittiham edib. 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, sürücünün səsləndirdiyi ittihamlar tamamilə əsassızdır. "Yoxlama zamanı məlum olub ki, sürücüdən hər hansı başqa bir tələb olmayıb və onun barəsində elə yerindəcə protokol tərtib olunub. Görünür, sürücü məsuliyyətdən yayınmaq üçün müxtəlif onlayn kütləvi informasiya vasitələrində yol polisini ittiham etməyə başlayıb. Həmin kütləvi informasiya vasitələrinin diqqətinə bir daha çatdırırıq ki, dəqiqləşdirməmiş məlumatları yaydıqlarına görə barələrində tədbir görülməsi üçün məhkəməyə müraciət olunacaq. Çünki həmin məlumatlarda yol polisinin nüfuzuna xələl gətirəcək ifadələr yer alıb ki, bu da cəmiyyətdə yalnış fikir formalaşdırır".
Sürücü barəsində tərtib olunmuş qanuni sənədlərin və öz izahatının fotolarını təqdim edirik:


Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man