O bildirib ki, bu sahədə də müəyyən boşluqlar olsa da, Dövlət Yol Polisi İdarəsi bununla bağlı ciddi tədbirlər həyata keçirir:
“Biz yol-nəqliyyat hadisəsi törədənləri araşdıran zaman məlum olur ki, əksər hallarda hadisə törədənlərin 80 faizdən çoxu sürücülük təcrübəsi 5 ildən yuxarı olanlardır. Yəni onlar arasında sükan arxasına yeni əyləşən sürücülər azlıq təşkil edir.
O ki qaldı sürücülük vəsiqəsinin alınması üçün bilik səviyyəsinin yoxlanması məsələsinə, şəxsi fikrimdir ki, bilik istənilən sahədə lazımdır. Olub ki, araşdırma aparılıb və vətəndaşın sağlamlığında elə bir problem aşkarlanıb ki, qanunla ona heç sürücülük vəsiqəsi düşmür. Amma bu, həssas məsələdir. Belə deyək ki, bu gün sürücülük vəsiqəsini çox asan yollarla əldə etmək olur.
Bəzən sürücülük vəsiqəsi olan şəxslər sonradan müxtəlif hadisələr səbəbindən psixoloji sarsıntılar keçirə bilir. Həyatda yaşadığımız ağır hadisələr psixoloji durumumuza təsir edə bilər. Məhz bu səbəbdən sürücülük vəsiqəsi olan şəxslərin sağlamlıq durumunun müvafiq qaydada aidiyyəti orqanlar tərəfindən yoxlanılması və yekun nəticə barədə Dövlət Yol Polisi İdarəsinə də məlumat verilməsi yaxşı olardı. Bu da ayrı bir mövzudur.
Eyni zamanda onu deyim ki, sürücülük vəsiqəsinin alınması üçün 10 sual bilik səviyyəsini müəyyənləşdirmək üçün azdır. Sualların sayı 100-ə qədər artırılsa, pis olmaz. Bu gün Azərbaycanda dünya ölkələri ilə müqayisədə sürücülük vəsiqəsi almaq çox asandır. Bilik səviyyəsi, psixoloji durum daha dərin yoxlanıla bilər. Nazirlər Kabineti tərəfindən verilən qərara əsasən, müvafiq xəstəliklər var ki, (nevroloji-psixatrik diaqnozlar və s.) onlar istisna edilməklə, hər kəs sürücülük vəsiqəsi ala bilər. İnandırım sizi, bu sahədə qaydalar sərtləşdirilsə, yol hərəkəti təhlükəsizliyinə münasibət dəyişiləcək və yol-nəqliyyat hadisələrinin sayının da azalmasına müsbət təsir edəcək”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man