Azərbaycanda yeni polis rəisi məhkəməyə verildi - Cəriməni vaxtında ödəməyib

İctimai nəqliyyat 01 Oktyabr 2021 | 15:44
OXUNUB: 2203

Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi, polis kapitanı Vəlimətov Bədirşah Şakir oğlunun məhkəmə prosesi keçiriləcək. Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi - Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) ilə təqsirli bilinir.

İşə Xaçmaz Rayon Məhkəməsində hakim Xıdır Quliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən xətanı törədən şəxslər nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla cəzalandırılır.

Xatırladaq ki, B.Vəlimətov hazırki vəzifəsinə bir neçə gün öncə təyinat alıb.

Unikal.org

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man