Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı Nəqliyyat Agentliyindən (BNA) 6 dəqiqə sonra Bakı şəhər sakininə avtomobilin dayanma qaydalarını pozduğuna görə yazdığı cəriməni ləğv edib.
Bu barədə idarənin mətbuat katibi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, həmin protokola xitam verilib:
“Həm BNA, həm də BDYPİ tərəfindən yazılan cərimələr eyni sistemə ötürüldüyündən bir nəqliyyat vasitəsinə ikinci dəfə cərimə yazıla bilməz. Bu, texniki nasazlıq səbəbindən baş vermişdi”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man