DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar MÜRACİƏT

İctimai nəqliyyat 28 Sentyabr 2021 | 10:35
OXUNUB: 821

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bu barədə Avtosfer.az-a İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O, yağışlı hava şəraiti ilə əlaqədar sürücülərdən yollarda diqqətli olmasını xahiş edib: “Sürücülər yağışın əmələ gətirdiyi gölməçələrdən keçərkən piyadaları nəzərə alsınlar. Bu, paytaxtımızda insanların daha çox nazarzılıq bildirdiyi məsələlərdən biridir. Artıq yay fəsli bitib, payız fəslidir. Buna görə də silgəcləri bir daha gözdən keçirsinlər. Çünki yağışlı havada görmədə məhdudiyyətin yaranması ən önəmli faktorlardan biridir. Təkərləri dəyişmək vaxtı da yaxınlaşıb. Sürüşmənin qarşısını almaq üçün nəqliyyat vasitələrinin texniki sazlıqlarına diqqət yetirsinlər. Günün pik saatlarında hərəkətdə olarkən diqqətli olsunlar, piyadaların qəfil yola çıxması halları yaşana bilər".

“Hər bir sürücü hava şəraitinə uyğun olaraq hərəkət sürətini aşağı salmalıdır. Bu barədə “Yol Hərəkəti Haqqında Qanun”da da qeyd olunub. 110 km/saat yolda vacib deyil ki, maksimum sürətdə gedilsin. Şəhərdə müəyyən yerlərdə tablo var, ancaq rayonlararası yerlərdə tablo yoxdur. Ona görə də, sürücülər bu məsələyə xüsusi diqqət etməlidir”, - A.Əsgərli bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man