Sabah bu küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılacaq - VİDEO

İctimai nəqliyyat 26 Sentyabr 2021 | 14:55
OXUNUB: 7766

27 sentyabr paytaxt Bakı şəhərində Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi üçün Neftçilər prospekti ilə Azadlıq meydanından Ağ Şəhər Bulvarı istiqamətində kəsişən, bitişən və paralel olan küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Bunu Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr idarəsinin təbliğat üzrə inspektoru,  polis leytenantı Rüstəm Əhmədli deyib.

Belə ki, səhər saat 06:30-dan 14:00-a qədər Afiyəddin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Puşkin, Rixard Zorge, Kövkəb Səfərəliyeva, Niyazi və Mehdi Hüseyn küçələri, Azadlıq və Neftçilər prospektləri, eləcə də Azneft meydanından avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

Həmçinin Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl və 20-ci sahə qəsəbələri yanından isə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man