Bakıda 10-a yaxın maşını əzərək polisdən qaçan avtoxuliqana cinayət işi açıldı - VİDEO

İctimai nəqliyyat 25 Sentyabr 2021 | 11:15
OXUNUB: 4019

Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib. 

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

O bildirib ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdən pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10-a yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib:
  
“Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobilin həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların köməkliyi ilə saxlanılması təmin olunub. Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.  

Hazırda istintaq hərəkətləri davam etdirilir. Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq materiallarına əlavə edilir”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man