İcarəyə götürdüyü maşınla "avtoş"luq edən şəxs SAXLANILDI - FOTO - VİDEO

İctimai nəqliyyat 25 Sentyabr 2021 | 10:02
OXUNUB: 5072

Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən sürücü saxlanılıb. Belə ki, gecə saatlarında şəhərdə sükutu pozan Sadiq Hüseynov olub. O, icarəyə götürdüyü KİA markalı nəqliyyat vasitəsilə Nəsimi rayonu ərazisində yol polisinin saxla əmrinə tabe olmayıb. Yol Patrul Xidmətinin əməkdaşları sürücünü saxlamaq üçün onu təqib ediblər. Lakin sürücü avtoxuliqanlıq əməlini törədərək Mircəlal Paşayev küçəsini əks istiqamətdə hərəkət edib.

Bir neçə avtomobilə ciddi təhlükə yaradan sürücü kəsişmədə süni tıxacda qalıb. S.Hüseynov nəqliyyat vasitəsinin qapılarını bağlayaraq yol polislərindən yaxa qurtarmağa çalışıb. Əraziyə dəvət olunmuş Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları zorla qapını açmağa müvəffəq olub. S.Hüseynov bunu görüb avtomobildən enərək naməlum istiqamətə qaçmağa çalışıb. Ancaq polis əməkdaşları onu saxlayıb.

Yol Polisinin verdiyi məlumata görə, sürücü təhlükə yaradaraq avtoxuliqanlıq əməli törədib.

Faktla bağlı araşdırma aparılır. Sürücü isə inzibati məsuliyyətə cəlb edilib.

 

Mənbə: APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man