Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair şəhər 2 saylı məktəb-liseyində şagirdlərlə maarifləndirici görüş keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.
Tədbirdə şagirdlərlə "Yol hərəkəti haqqında" qanunun tələbləri, nizam-intizam qaydalarına dair təbliğat və maarifləndirici söhbətlər aparılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man