Qazaxda qırmızı işıqda şütüyən sürücülər saxlanıldı - VİDEO

İctimai nəqliyyat 22 Sentyabr 2021 | 12:41
OXUNUB: 694

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunda "VAZ-2107" və "Chevrolet Cruze" markalı avtomobillərin işıqforun qırmızı işıq yanmasına məhəl qoymadan hərəkət etməsi və beləcə də həm özləri həm də digər hərəkət iştirakçılarını təhlükəyə atmaları barədə video yayılıb. Məsələ ilə bağlı dərhal Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində müvafiq araşdırmalar aparılıb və qayda pozuntusunu törədən şəxslərin kimliyi müəyyən edilib. Sözügedən qayda pozuntusunu törədən "VAZ-2107" markalı avtomobilin sahibi Gündüz İsmayılov və "Chevrolet Cruze" markalı avtomobilin sahibi Namiq Rzayev RPŞ-yə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, bu tip hərəkətlərin qəza ilə nəticələnə biləcəyi xatırladılıb. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man