Şabranda yol polisi əməkdaşları təhlükəsizlik tədbiri keçiriblər   - FOTO

İctimai nəqliyyat 20 Sentyabr 2021 | 14:40
OXUNUB: 452

Şabran rayonunun inzibati ərazisindəki küçə və yollarda yol polisi tərəfindən qəzaların qarşısının alınması, yarana biləcək süni sıxlığın aradan qaldırılması üçün proflaktiki tədbirlər görülür, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Avtosfer.az-a verilən məlumata görə Şabran RPŞ Dövlət Yol Polisi bölməsi əməkdaşları rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçirib. Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Piyadalara diqqət göstərilməsi, piyada zolaqlarına, piyadlarla bağlı xəbərdaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin piyadalar tərəfindən yol hərəkəti qaydalarının  kobud şəkildə pozulması və qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb. Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusuna yol verənlər barəsində tənbeh tədbirləri tətbiq edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man