DYP "Diqqət uşaqlar!" adlı tədbirləri davam etdirir - FOTO

İctimai nəqliyyat 20 Sentyabr 2021 | 14:33
OXUNUB: 413

Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən ölkə ərazisində təhlükəsizlik tədbirləri həyata keçirilir. 
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məktəblərdə dərsin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə, “Diqqət uşaqlar!” adı altında Ağcabədi, Ağdam və Bərdə rayonlarında tədbirlər həyata keçirilib.
 
Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətdə görülən tədbirlər çərçivəsində DYP bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları ilə birgə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura piyada zolaqlarının yenidən rənglənməsi, yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi daxildir.
 
Həmçinin tədbirlər zamanı bir neçə təhsil ocaqlarının qarşısında yeni zolaqlar da salınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man