Yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən ölkə ərazisində təhlükəsizlik tədbirləri həyata keçirir.
Yeni dərs ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi çərçivəsində keçirilən tədbirlərlə Abşeron Rayon Dövlət Yol Polisi profilaktiki işlərə başlanılıb.
Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətdə görülən tədbirlər çərçivəsində təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura piyada zolaqlarının yenidən rənglənməsi, yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi daxildir.
Həmçinin tədbirlər zamanı bir neçə təhsil ocaqlarının qarşısında yeni zolaqlar da salınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man