Bazar müdirinin təzyiqə məruz qalması iddiaları ilə bağlı DYP-dən AÇIQLAMA

İctimai nəqliyyat 19 Sentyabr 2021 | 18:55
OXUNUB: 834

Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri barədə açıqlama verib.

Qurumun ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev Oxu.Az-a bildirib ki, sürücü Kamran Axundov hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb:

“Sürücüyə pozduğu qanun haqqında məlumat verilsə də, o, özünə haqq qazandırıb. Özünü Xırdalan bazarının müdiri kimi təqdim edən Kamran Axundovu polis əməkdaşları alkoqol şübhəsi ilə saxlamış olsaydı, o zaman onun spirtli içki qəbul edib-etmədiyini  alkotester vasitəsi ilə müəyyən etmiş olardılar. Lakin sürücü polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmayıb. Həmin sürücü barəsində kəmər taxmadığına görə inzibati xəta haqqında protokol tərtib olunub”.

N.Piriyev qeyd edib ki, polis əməkdaşları sürücüyə qarşı nalayiq ifadə işlətməyiblər, onun iddiası tamamilə əsassızdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man