Yol polisi Sabunçu rayonunda maarifləndirici reyd keçirib - FOTO - VİDEO

İctimai nəqliyyat 19 Sentyabr 2021 | 15:26
OXUNUB: 1598

Bu gün Sabunçu Rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus və taksi sürücüləri aşkarlanıb. Eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər barəsində qanunauyğun qaydada tədbirlər görülüb.  
Tədbir zamanı ödənməmiş cərimələri olan sürücülər saxlanılıb. Onlara qanunun tələbləri izah edilib və avtomobillər duracağa təmin olunub. 
YPX əməkdaşları karantin qaydalarını pozan sürücülər də aşkarlayıb. Onlara tibbi maskadan istifadə etmək,  taksilərdə şəffaf arakəsmələrin olmasının vacibliyi izah edilib. 
Ümumilikdə reyd zamanı 50-dək sürücü barəsində inzibati qaydada protokol tərtib olunub.  Sürücülərlə profilaktiki söhbətlər aparılıb. 
Bu cür tədbirlərin mütamadi olaraq keçirilməsi planlaşdırılır. Reyddən hazırlanmış videosujeti təqdim edirik:

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man