Bir neçə gün əvvəl Avtosfer.az saytında 99-MN-727 qeydiyyat nişanlı "Saipa" markalı avtomobilin sürücüsü günün qaranlıq saatında maşının işıqlarını söndürərək svetoforun qadağanedici işığında yüksək sürətlə Masazır dairəsinə daxil olması, sola sərt manevr edərək təkərlərin sürtünməsi səslərini çıxarıb və daha sonra növbəti svetoforda qırmızı işığa məhəl qoymayaraq Masazır qəsəbəsi- Əliağa Vahid küçəsi istiqamətinə əks yolla getməsini əks etdirən video dərc olunmuşdu.
Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtomobilin sürücüsü, Biləsuvar rayon sakini Tahirli Araz Eldar oğlunu aşkar edərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2. 327.4, 332.2, 511.1.3 maddələrin tələblərinə uyğun olaraq protokol tərtib ediblər.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü 500 manat məbləğində cərimə edilib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man