DİN-dən sürücülərə MÜRACİƏT: "Avtomobilinizi 1 dəqiqəlik də tərk etsəniz..."

İctimai nəqliyyat 15 Sentyabr 2021 | 12:20
OXUNUB: 19603

Bir neçə gün əvvəl avtomobildə əlil övladını tək buraxıb gedən sürücünün videosu yayılmışdı. Polislər uşağı avtomobildən çıxardaraq ailəsinə təhvil vermişdi. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək avtomobil ilə bağlı tövsiyələr verib. Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:

- Avtomobilinizi 1 dəqiqəlik olsa belə tərk etsəniz azyaşlı övladınızı avtomobildə tək və ya nəzarətsiz qoymayın!

- Şəxsi avtomobildən istifadə edəndə mütləq yeni ayaq açmış övladınızı xüsusi uşaq oturacağında əyləşdirin!

- Avtomobilin qapılarının bağlanmasını nəzərdən qaçırmayın!

- Avtomobilin qapısını örtəndə onun barmaqlarından muğayət olun!

-  Küçədə, xüsusilə avtomobillərin sıx hərəkətdə olduğu ərazilərdə onun əlini buraxmayın!

- On iki yaşdan aşağı uşaqlara küçədə, xüsusilə avtomobil yollarında velosiped sürmək, həmçinin yaşlarına uyğun olmayan velosipedlərə minmək üçün icazə verməyin!

Qeyd edək ki, sürücülərin bu qaydalara əməl etməsi ilk növbədə öz təhlükəsizlikləri üçündür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man