Yol polisləri yaralı sürücüyə belə kömək etdi:Tovuzda - FOTO

İctimai nəqliyyat 15 Sentyabr 2021 | 12:09
OXUNUB: 1901

Ağstafa rayon Köçəskər kəndinin sakini İlham Orucov Avtosfer.az saytına müraciət edərək yol polislərinə təşəkkürünü bildirib. Vətəndaş deyir ki, işdən qayıdan zaman avtomobilində nasazlıq hiss edib. “Avtomobilin akkumlyatorunu bərkitmək istəyərkən açar əlimdən düşdü. Onu götürmək istəyəndə avtomobilin altında dəmir barmağımı kəsdi. Müvəqqəti olaraq bağladım. Tovuz rayonunun Böyük Qışlaq yolunun 5-ci kilometrliyində 99 YP 205 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan inspektorlara kömək üçün müraciət etdim. Tovuz rayon DYPB-nın inspektorları, polis baş serjantları Cavid Məmmədov, Anar Bayramov və Elçin Əsgərov mənə köməklik etdilər. İlkin tibbi yardımdan sonra onlar aptekə gedərək mənim üçün dərman və sarğı aldılar. Yaranı bağlamağa köməklik etdilər. Daha sonra yoluma davam elədim.”

İlham Orucov Daxili İşlər Nazirliyi, Dövlət Yol Polisi idarəsinin rəhbərliyinə, o cümlədən ona köməklik göstərən inspektorlara dərin təşəkkürünü bildirib.

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man