Bir neçə gün əvvəl vətəndaş Rüfət Namazov Avtosfer.az-a müraciət edərək haqsız yerə cərimələndiyini bildirmişdi. Qeyd etmişdi ki, sentyabrın 6-da Bakı-Qazax yolunun 0.4-cü kilometrliyində, kənar dairəvi yolda üzü “20 yanvar” istiqamətində radara düşüb. Sürət həddi 100 olan yerdə 143 ilə radara düşməyi barəsində ona bildiriş gəlib. Lakin sürücü qayda pozmadığını və həmin vaxt YPX maşınının onun yanından keçdiyini bildirmişdi.
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, məsələ dərhal araşdırılıb və sürücünün haqlı olduğu ortaya çıxıb. Onun barəsində texniki səhv ucbatından tərtib olunmuş protokol ləğv edilib.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man