Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ - FOTO
İctimai nəqliyyat06 Sentyabr 2021 | 12:38
OXUNUB: 1768
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib. Avtosfer.az unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Dilşən Məmmədov təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək Siyəzən DYP-də çalışıb.