"20 yanvar"da taksi sürücüləri ilə yol polisi arasında əlbəyaxa dava - VİDEO

İctimai nəqliyyat 03 Sentyabr 2021 | 10:33
OXUNUB: 4446

Sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə taksi sürücüləri arasında əlbəyaxa dava olduğunu əks etdirən görüntülər yayılıb. Avtosfer.az xəbər verir ki, ərazidə dayanma-durma qaydalarını pozn sürücülərə yol polisləri qanunun tələblərini izah etməyə çalışıblar. Heç bir sənəd təqdim etməyən sürücülər yol polisləri ilə əlbəyaxa davaya çıxıb. 

Bakı Şəhət Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ərazidə dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. "Yayılan görüntülər həmin vaxt çəkilib. Yol polisinin qanuni tələbinə tabe olmayan sürücülər bu cür yollara əl atıblar. Lakin YPX əməkdaşları əraziyə Post Partul Xidməti əməkdaşlarını dəvət edib. 4 dəfər polisə müqavimət göstərən şəxs aidiyyəti üzrə bölməyə aparılıb. 41 sürücü barəsində inzibati qaydada protokol tərtib olunub. 3 kiçik tutumlu mikroavtobus qanunsuz fəaliyyət göstərdiyi üçün yol hərəkətindən kənarlaşdırılıb."

Vaqif Əsədov bildirib ki, bu cür videolar yaymaqla polis-vətəndaş arasında süni gərginlik yaratmaq cəhdləri yolverilməzdir. "Vətəndaşlara müraciət edib bir daha bildiririk ki, dayanma-durma qaydalarına riayət etsinlər. Xüsusilə 20 yanvar dairəsi ərazisində sürücülər həmişə şikayət edir. Yol polisi qanunun tələblərinə riayət edərək reyd keçirdikdə isə qayda pozan sürücülər bu cür davranış nümayiş etdirirlər."

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man