Atası uşağa görə yol polisinin görüntülərini yayıb bu sözləri dedi - 99 YP 471 - VİDEO

İctimai nəqliyyat 02 Sentyabr 2021 | 14:28
OXUNUB: 5777

Bakı şəhər sakini  Rəhman Dadaşov  Avtosfer.az-a müraciət edərək Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edib. Vətəndaş deyir ki, axşam saatılarında azyaşlı övladının qulağından qan gəlib. Təcili olaraq onu xəstəxanaya çatdırmaq istəyiblər. 99 YP 471 dövlət nömrə nişanlı, YPX avtomobilində xidmət aparan əməkdaşlar vəziyyəti öyrənən kimi maşını müşayət ediblər. Yolu açaraq azyaşlını təcili olaraq 2 saylı xəstəxanaya çatdırıblar. 

Rəhman deyir ki, başı qarışıq olub və çıxanda yol polisi əməkdaşlarının getdiyini görüb. "Onlara sizin vasitənizlə təşəkkür edirəm. Bu cür yol polisləri ilə fəxr edirəm. Çox sağ olsunlar ki, mənim övladımın həyatını xilas etdilər."

Qeyd edək ki, həmin əməkdaşlar Bakı şəhər DYP İdarəsinin YPX Alayının 10-cu tağımında xidmət aparırlar.

 

Nərminə Əli

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man