Dünən Bakı-Quba yolunun 19-cu kilometrliyində 99 YP 776 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları Ramin Allahverdiyev və Emin Axundov yolun kənarında nasaz vəziyyətdə avtomobilin olduğunu görüblər. Avtosfer.az xəbər verir ki, inspektorlar yaxınlaşan zaman valideyinlər azyaşlı övladlarının qızdırması olduğunu deyiblər. Uşağın qıcolma keçirdiyini görən inspektorlar ona ilkin tibbi yardım göstərib. Daha sonra isə YPX avtomobili ilə Sumqayıt şəhər xəstəxanasına çatdırıblar. Həkimlərin səyi nəticəsində körpənin həyatı xilas olub.
Körpənin atası Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək onun övladını xilas edən YPX əməkdaşlarına dərin təşəkkürünü bildirib.
Videonu təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man