Şəki yol polisi rayon sakinlərinə müraciət etdi

İctimai nəqliyyat 30 Avqust 2021 | 18:31
OXUNUB: 1499

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının qarşısının alınması istiqamətində Şəki Dövlət Yol Polisi tərəfindən görülən tədbirlər davam etdirilir. Xüsusilə də, kütləvi informasiya vasitələrinin köməyindən istifadə etməklə mütəmadi olaraq hərəkət iştirakçılarının maarifləndirilməsi təmin edilir. Xüsusi karantin rejimi dövründə fiziki və hüquqi şəxslər tərəfindən müəyyən edilmiş yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsinə nəzarət həyata keçirilir, müvafiq tələbləri pozan şəxslər haqqında qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.

Sürücülər və sərnişinlər tərəfindən şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsinə nəzarət olunur. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edən şəxslərdən, həmdə sosial məsafəni gözləmək (1,5-2 metr) tələb olunur. Bu tələb qəsdən yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə məsuliyyət tədbiri görülür.

Dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılmasına qərar verilib. Son günlərdə xəstəliyin yayılma dinamikasında müəyyən artım müşahidə olunur. Ona görə də, rayon sakinlərinə müraciət edirik ki, cərimələnməmək naminə deyil, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına salmamaq üçün epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri qaydalarına əməl etsinlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man