Yol polisinin peşəkarlığı bu cür artırılır – Təlimlərə start verildi - FOTO

İctimai nəqliyyat 30 Avqust 2021 | 14:28
OXUNUB: 3935

“Hed Academy Azərbaycan” şirkəti DİN Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə gənc və başqa xidmətdən sahəsindən yeni gələn yol polisi əməkdaşlarına təlimlər keçirməyə başlayıb. Avtosfer.az xəbər verir ki, DYP əməkdaşları üçün keçirilən bu təlimlər "Antiskid Driving (Sürüşkən örtükdə idarəetmə)" adlanır. Təlimlər dünyanın bir çox ölkələrində təcürbə keçmiş peşəkar təlimçilər tərəfindən həyata keçirilir. Yol polisi əməkdaşlarına ilkin mərhələdə nəzəri dərslər keçirilir. Daha sonra əyani formada sürmə təlimləri baş tutur. Burada yol polisi əməkdaşlarına sürüşkən yollarda manevrlər, təhlükəsiz idarəetmə vərdişləri, eləcə də digər çətin idarəetmə bacarıqları öyrədilir.

Təlimlərin keçirilməsində əsas diqqət sürətli hərəkət zamanı təhlükəsizliyi təmin etməyə, yağışlı və buzlu yollarda təhlükəsiz idarəetmə qaydalarını öyrənməyə yönəldilir.

Nəzəri və təcrübə təlimləri beynəlxalq qaydalara uyğun həyata keçirilir və dünyanın bir çox ölkələrində həyata keçirilən təcrübəyə əsaslanır.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man