DYP dövlət agentliyini CƏRİMƏLƏDİ - MƏBLƏĞ

İctimai nəqliyyat 27 Avqust 2021 | 11:29
OXUNUB: 3568

Dövlət Yol Polisi (DYP) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyini cərimələyib.

Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man