Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda nəzarət-yoxlama tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, avtobuslarda , taksilərdə aparılan yoxlamalar zamanı bəzi sürücü və sərnişinlər tərəfindən tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə edilmədiyi, pandemiya dövrünün tələblərinə biganə yanaşıldığı aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barədələrin intizam tənbeh tədbirləri görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man