Nömrəyə görə saxlanan sürücü dəli çıxdı: sənəd yox, 1000 manat cərimə - Bakıda film kimi hadisə

İctimai nəqliyyat 25 Avqust 2021 | 19:10
OXUNUB: 3648

Dünən paytaxtın Lermontov küçəsində xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı Mehmanlı Mehman 99 BA 979 dövlət nömrə nişanlı, "KİA" markalı avtomobili arxa dövlət nömrə nişanı standartlara uyğun olmadığı üçün saxlayıb. Araşdırma zamanı məlum olub ki, sürücü Əsədov Ağaqulu Adil oğlunun sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur.

Eyni zamanda avtomobilin rəngi texniki şəhadətnamədə qara göstərilsə də boz rəngdədir və dövlət nömrə nişanı əl ilə yazılıb. Həmçinin avtomobilin üzərində ümumi məbləği 1084 manat olmaqla 15 ödənməmiş cərimə var və üzərinə həbs qoyulub. Texniki baxışı və sığortası 1 ildən çoxdur ki, yoxdur.
YPX əməkdaşı sürücüyə hüquqlarını izah edən zaman mübahisəyə başlayan şəxs tabesizlik nümayiş etdirib. Eyni zamanda YPX əməkdaşına qarşı kobudluq edib. Bildirib ki, ruhi xəstədir və ruhi əsəb dispanserində qeydiyyatdadır.

Sürücü özünü lezva ilə doğramaq istədiyi üçün əraziyə Post Patrul Xidməti əməkdaşları dəvət olunub. Bundan sonra həmin şəxs barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə təqdim edilib.

Bu gün hakim Azər Tağıyevin sədrliyi ilə keçən məhkəmə prosesində Əsədov Ağaqulu Aqil oğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunub.


Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man