Lənkəran şəhərində yol polisləri tərəfindən haqsız cərimələnən sürücü şikayətini Avtosfer.az">Avtosfer.az-a bildirib. Elçin Əliyev adlı sürücü bildirir ki, idarə etdiyi 90-XG-540 qeydiyyat nişanlı avtomobillə avqustun 25-də Lənkəran şəhəri Həzi Aslanov küçəsində dayanarkən, həmin ərazidə xidmət aparan yol polisləri ona cərimə yazıb. "Cərimələndiyim yolda nə 3.27, nə 3.28, nə də ki, 5.12 nişanı var. Yol polisi yaxınlaşıb dayanma-durma qaydasını pozduğumu bildirdikdə, mən onlara heç bir nişanın olmadığını dedim. Lakin onlar yolun kənarına qoyulmuş dəmir oturacağın avtobus dayanacağı olduğunu bildirdi. Mən, 99-YP-574 qeydiyyat nişanlı YPX avtomobilində xidmət aparan inspektorlara izah edə bilmədim ki, 5.12 nişanı və 1.17 nişanlanması olmadığı halda cərimə yazılması düzgün deyil. Polis əməkdaşı olmayan nişana görə mənə 40 manat cərimə yazdı".
Sürücü Elçin Əliyev Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən yazılmış qanunsuz protokolun ləğv olunmasını xahiş edir.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna görə avtobus dayanacağı 5.12 nişanı və 1.17 nişanlanması ilə işarələnir. Bu nişan və ya nişanlanma xətti olmayan yer dayanacaq hesab olunmur.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man