Azərbaycanda DYP rəisi əmisi tərəfindən bıçaqlandı,əmi intihar etdi - FOTO

İctimai nəqliyyat 25 Avqust 2021 | 09:44
OXUNUB: 4167

Xaçmaz Rayon Polis Şöbəsinə avqustun 24-də saat 20:00 radələrində Qaraqurtlu kəndində yaşayan Rövşən Əsgərbəylinin evində münaqişə zəminində qardaşı oğlu Əliağaya bıçaqla, sonradan isə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

R.Əsgərbəyli xəstəxanaya aparılarkən yolda ölüb, Əliağanın vəziyyəti isə ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmaz rayonunda ailə faciəsi yaşanıb. Avtosfer.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb. Hadisədən sonra cinayətkar özünü güllələyib. O, hadisə yerindəcə ölüb. Hazırda onun meyiti Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man