Yol polisi məsuliyyətsizlik edərək azyaşlıların həyatını təhlükəyə atan sürücünü cəzalandırıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, 90 GR 594 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Səbuhi Süleymanov İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə görə 60 manat və 3 bal cərimələnib.
Qeyd edək ki, bir neçə gün əvvəl Oğuz-Qəbələ yolunda hərəkətdə olan “Lada” markalı avtomobilin sürücüsü həm kiçik övladını qucağına alaraq avtomobil idarə edib, həm də uşağın açıq pəncərədən yarıya qədər çölə çıxmasına göz yumub. Bununla yanaşı arxada heç bir təhlükəsizlik qaydalarına əməl edilmədən əyləşdirilən digər uşaq da gah sağ, gah da sol pəncərənin açıq olan qismindən başını tez-tez çölə çıxarıb.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man