Göygöldə qayda pozan 18 sürücü məsuliyyətə cəlb olunub - FOTO

İctimai nəqliyyat 21 Avqust 2021 | 19:49
OXUNUB: 1527

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır.

Bundan başqa davam etdirilən tədbirlər nəticəsində bir neçə avtomobildən ixrac edilən qazların normadan artıq olması aşkarlanıb. Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 18 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man