Vilayət Eyvazovun rütbə verdiyi idmançı İŞDƏN ÇIXARILDI

İctimai nəqliyyat 20 Avqust 2021 | 16:54
OXUNUB: 13843

Azərbaycanlı MMA idmançısı Bəxtiyar Abbasov işdən çıxarılıb. Unikal.org-un əldə etdiyi məlumata görə, avqustun 6-da təyin olunduğu döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi postundan öz ərizəsi ilə istefa verib. Məlumata görə, B.Abbasov Azərbaycan Sambo Federasiyasının prezidenti, polis polkovnik-leytenantı Ceyhun Məmmədova şəxsən müraciət edib. O müraciətində bildirib ki, idmançı kimi karyerasını davam etdirmək niyyətindədir. Bundan sonra qurum daxildə iclas keçirilib və Bəxtiyar Abbasovun istefa ərizəsi qəbul edilib. 

Xatırladaq ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova vaxtından əvvəl polis kapitanı rütbəsi verilib.

O döyüş sambosu üzrə millimizin üzvlərindəndir. B.Abbasov WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man