Bu gün Abşeron rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşı rayon ərazisində maarifləndirici reydlər keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı dayanma-durma qaydalarını pozan sürücülər, arakəsmələrdən istifadə etməyən taksilər, tibbi maska taxmayan sərnişinlər aşkarlanıb. Vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.
Abşeron rayon DYPŞ-nın baş inspektoru Vüsal Qələndərov Avtosfer.az-a bildirib ki, keçirilən reydlər zamanı 55-dən çox sürücülər barəsində dayanma-durma qaydalarını pozduğuna görə, 30-dan çox sərnişinə isə tibbi maskadan istifadə etmədiyinə görə inzibati qaydada protokollar tərtib edilib. Bu cür reydlərin mütamadi olaraq davam etdiriləcəyi planlaşdırılır. Ətraflı Avtosfer.az-ın hazırladığı videosujetdə:
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man