Vaqif Əsədov kamera ilə cərimələnən sürücülərdən danışdı: "Üzbəüz danışaq”

İctimai nəqliyyat 16 Avqust 2021 | 21:41
OXUNUB: 8385

Bakıda dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyəti sürücülər arasında narazılığa səbəb olmuşdu. Sükan arxasındakıları narazı salan digər bir məqam isə bu kameralar vasitəsilə kəmər taxmamağa və telefonla danışmağa görə cərimələrin tətbiq olunmasıdır. Sürücülər hesab edir ki, qanunvericilikdə olmadığı halda bu qayda ilə cərimələrin tətbiqi doğru deyil.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı da söyləyib ki, İnzibati Xətalar Məcəlləsin 122.1-ci maddəsində xüsusi texniki vasitələrlə qeydə alına bilən xətalar siyahısında mobil telefona görə cərimə qeyd olunmayıb: “Yəni yol polisi təhlükəsizlik kəmərini taxmayan sürücüyə elektron qərar tərtib edə bilər. Lakin belə qərar mobil telefondan istifadə edənlərə şamil oluna bilməz. Bu qaydanı tətbiq etmək vacibdir. Lakin birinci növbədə qanunvercilikdə dəyişiklik edilməlidir”.

O, Bakı Nəqliyyat Agentliyin (BNA) də qanunda nəzərdə tutulmadığı halda sürücülərə dayanma-durma qaydalarını pozmağa görə elektron qərarlar yazdığını bildirib.

BNA-nın mətbuat katibi Mais Ağayev isə həmin kameraların qayda pozan sürücüləri avtomatik rejimdə çəkmədiyini deyib. O bildirib ki, kameraları birbaşa Agentliyin əməkdaşları idarə edirlər:
“Onlar kamera arxasında müşahidə aparır, pozuntuları aşkar edir, foto və video materiallar əsasında şəxs barəsində inzibati tənbeh vermə qərarı çıxarırlar. Bu isə elektron protokol demək deyil”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Ölkə.Az-a açıqlamasında məsələyə münasibət bildirib. O, narazı sürücüləri qəbul etməyə hazır olduğunu söyləyib: “Kim hesab edirsə ki, ona qeyri-qanuni protokol yazılıb, buyursun, müraciət etsin. Vətəndaşlar bu məsələdə özlərini haqlı hesab etdiklərini bildirirlərsə, bizə də bildirsinlər. Mən böyük məmnuniyyətlə onları qəbul etməyə hazıram. Onlar düşünməsinlər ki, qeyri-qanuni protokol yazılıb. Elə hesab edirlərsə, buyursunlar bura. Hətta üzbəüz danışıqlarımızı mətbuat da işıqlandıra bilər”. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man