Şəmkirdə qaydaları pozanlar məsuliyyətə cəlb olunub

İctimai nəqliyyat 08 Avqust 2021 | 20:40
OXUNUB: 1323

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən sürücülər ilə bərabər piyada keçidlərindən istifadə etməyən vətandaşlar da müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb. Ümumilikdə 30-dan çox rayon sakini barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man