Qumbara partlayışı zamanı xəsarət alan polis zabiti şəhid oldu - FOTO

İctimai nəqliyyat 05 Avqust 2021 | 23:29
OXUNUB: 7964

Bir neçə gün əvvəl Bakıda özünü qumbarayla partladan şəxslə bağlı məlumat verilmişdi. Hadisə zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis zabiti Elçin Səfərzadə idi.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə Elçin Səfərzadə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, narkotiklərə qarşı mübarizə zamanı xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Elçin Səfərzadə əvvəllər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olub.

Xatırladaq ki, iyulun 27-də 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov  həyatını itirib. Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man