Gədəbəydə 115 sürücü barəsində protokol tərtib edildi  - FOTO

İctimai nəqliyyat 19 İyul 2021 | 17:55
OXUNUB: 984

Gədəbəydə qaydalara riayət etməyən sürücülər məsuliyyətə cəlb edilib.

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, piyadalara yol verməyən və minik vasitələrinin ixrac qazları normadan artıq olan sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.

Ay ərzində davam etdirilən tədbirlər nəticəsində qeyd edilən faktlar üzrə 115 sürücü barəsində protokol tərtib edilib.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man