Yol polisi "Qurban bayramı" ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

İctimai nəqliyyat 15 İyul 2021 | 19:55
OXUNUB: 1564

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Qurban bayramı" ilə bağlı sürücülərə müraciət edir.
İdarənin bölmə rəisi polis polkovniki  Vaqif Əsədov bütün hərəkət iştirakçılarını təbrik edərək onlara səslənib: "Hörmətli vətəndaşlar və paytaxt sakinləri Sizi qarşıdan gələn "Müqəddəs Qurban Bayramı" münasibəti ilə təbrik edir hər bir müsəlman üçün əziz olan bayramımızı təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə bir sıra qaydaları təkrar xatırlatmağı özümüzə borc hesab edirik. Sizdən xahiş edirik ki, qurbanlıq üçün nəzərdə tutulan satış və kəsim mərkəzlərində olarkən dayanma-durma tələblərini pozaraq yolun hərəkət hissəsini zəbt edərək digər vətəndaşlar üçün narahatçılığa səbəb olacaq hərəkətlər etməkdən, eləcədə pandemiya şəraitində müəyyən edilmiş qaydalara da əməl edəsiniz".

Vaqif Əsədov bayramla əlaqədar uzaq məsafələrə şəxsi avtomobilləriylə hərəkət edən sürücülərdən nəqliyyat vasitəsinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmalarını, istirahət rejiminə əməl etməyi və yol hərəkəti qaydalarına diqqət yetirməyi xahiş edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man