Yol polisi bu il qəzalarda ölənlərin sayını açıqladı - Sürət, qarşı yola çıxma, piyadavurma

İctimai nəqliyyat 12 İyul 2021 | 14:31
OXUNUB: 2451

DİN Baş Dövlət Yol Polisi İdarəsi 2021-ci ilin birinci yarısında baş vermiş yol-nəqliyyat hadisələri barədə məlumat yayıb. İdarədən Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, respublika ərazisində cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (-0,5%) fakt,  ölənlərin sayı 35 (-10,8%) nəfər, yaralananların sayı isə 3 (-0,4%) nəfər azalıb. 

Müəyyən edilib ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97%) yol-nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 - 2,4%) baş verib. Bu qayda pozuntularının 302-si (39,9%) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i  (31,8%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5%) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u  (1,3%) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olub (5 ölü, 9 yaralı).

Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2%) və toqquşma (270 - 35,7%) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 – 9,9%, aşma 66-8,7%). Həlak olan 290 nəfərdən (qadınlar 53 nəfər, 7-16 yaş 26 nəfər,) 123-ü piyada, 87-i sürücü, 68-i sərnişin, 10-u velosipedçi, 2-i isə digər hərəkət iştirakçısı olub.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man