Toya tələsən sürücü avtoxuliqanlığa görə saxlanıldı

İctimai nəqliyyat 09 İyul 2021 | 13:20
OXUNUB: 672

Bakıda "BMW" ilə avtoxuliqanlıq edən sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Avtosfer.az xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsiylə Bakıxanov prospektinin kəsişməsində 90-SX-113 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.

Hakim humanistlik göstərərək, sürücü barəsində maddi cərimə tətbiq edib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man