Ələt-Astara yolunda DYP avtomobili qəzaya düşüb, yol polisi xəsarət alıb   - VİDEO - YENİLƏNİB

İctimai nəqliyyat 09 İyul 2021 | 18:50
OXUNUB: 6702

Bakı-Ələt-Astara yolunda xəsarət alan yol polisinin adı məlum olub.

Avtosfer.az-ın xəbərinə görə, polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə ağır kəllə-beyin travması alıb.

O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

11.05

Bakı-Ələt-Astara yolunda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, yolun Cəlilabad rayonundan keçən hissəsində “Hyundai Santa fe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.

Qəza nəticəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşı xəsarət alıb. DYP əməkdaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man