Zaqatalada "Mercedes"lə avtoxuliqanlıq edən sürücü saxlanıldı - FOTO - VİDEO

İctimai nəqliyyat 04 İyul 2021 | 18:15
OXUNUB: 1548

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, “Mercedes”markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib.

Ancaq sürücü əmrə tabe olmayaraq, hərəkətini davam etdirib, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib. Yol polisləri bir müddətdən sonra avtomobili saxlamağa nail olub və sürücünün rayonun Kebeloba kənd sakini İsmayıl Bulayev olduğu müəyyən edilib.

O, saxlanılaraq Polis Şöbəsinə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.Sürücü barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man